Polisimiz fəxrimizdir

2 iyul. Bir çoxlarının marağına belə səbəb olmayan bu tarix əslində həyatımızın ən əsas hissəsini təşkil edən, təhlükəsizliyimizi təmin edən kəslərin peşə bayramı günü olduğunu bilirdinizmi? Gəlin haşıyədən kənara çıxaraq belə bir suala cavab axtaraq:” Kimdir onlar?”
Onlar bizim təhlükəsiz yol keçməyimizi,bizim azad istədiyimiz yerdə istirahətimizi təmin edən, bizim rahat evimizdə yaşamağımızı, bizim üçün canından belə keçməyə hazır olan kəslərdir. Bir az da nəzəri yanaşsaq bilərik ki, bu peşə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.
24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Gəlin bir də tariximizə nəzər salaq görək bu peşənı kökləri haralara gedib çıxır?
Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövründə görünməyə başlayıb.Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri-Bakı Şəhər upravasının polisi,Bakı xüsusi Vergi polisi,xəfiyyə polisi,Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri fəaliyyət göstərmişdir. Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökumətinin tərkibində 9 nazirlikdən biri kimi Daxili İşlər Nazirliyi yaradıldı. 1920-ci ilin aprelində isə bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk Daxili İşlər Naziri Həmid Sultanov təyin edilir.
Deməli biz 101 illik bir Polis tarixinə malik olan bir dövlətik. Bu əzmkar, peşəkar, məsuliyyətli, fədakar peşə sahiblərini Uğur media adından səmimi qəlbdən təbrik edirik. Onların qüqurverici keçmişləri kimi gələcək fəaliyyətlərinin də müvəffəqiyyət arzulayırıq. Biz fəxr edirik ki, kürəyimizi sağlam çiyinlərə söykəmişik.
Xəbərlər şöbəsinin müdiri : Vüsalə Həsənova



Öz xəbərlərimiz  Tarix:   2 İyul 2019 / 12:48


« Əvvəlki xəbər (5305 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR