Yeni layihə yeni bir uğura imzadır

Gənc nəslin çiçəklənməsi,onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi,onlarda sənətə və sənətkarlığa rəğbətin artırılması məqsədi ilə ölkəmizdə daim yeni layihələrə imza atılır. Belə bir tədqirəlayiq layihələrdən biri də I Respublika Sənətkarlıq Festivalıdır.
Bu Festivalının açılışı dünən,yəni 2019-cu ilin 3 iyul tarixində saat 19:00-da baş tutmuşdur.
Festival insanların daha rahat iştirak etmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil edilmişdir.
Festival UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbir festival-yarmarka və karnaval formasında keçirilmişdir. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı , müasir tərtibatlı üzərində “milli suvenirlər, “dekorativ bəzək,”vitraj”, “ipəkçilik.şkəlağayi”, zərgərlik”, “xalçaçılıq və həsirçilik”, “ rəsmlər,ebru,miniatür”, “şüşə keramika”, “dəmir və mis işlər”və s..kimi qeydlər yazılmış örtüklər və bu örtüklərin hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılmışdır. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilmişdir.
Festivalın tərəfdaşları “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının “Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal Rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi və “Libraff” mağazalar şəbəkəsidir.
Festival 2019-cu ilin 3-7 iyul tarixində keçiriləcəkdir.Festivalın daha da rəngarəng keçməsi məqsədi ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaqdır.
Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilmişdir.
Festivalda gənc nəslə həmçinin paytaxtımızda olan turist və ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdilməsi məqsədilə clublar qurulacaq və ustad dərsləri təşkil ediləcəkdir. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün şərait yaradılacaqdır.
Festival hər gün saat 9:00-21:00 arası keçiriləcəkdir.
Daim dövlət tədbirlərində iştirak edən dövlətin uğurlarını və nailiyyətlərini mediamizda işıqlandıran bir media komandası kimi biz də ölkəmizdə ilk dəfə keçirilən I Respublika Sənətkarlıq Festivalında iştirak edərək müşahidə etdiyimiz nəticələri öz xəbər portalımızda işıqlandırmağı özümüzə borc bildik. Bu festivalın nə qədər gənc nəslə eləcə də sənətkarların yaradıcılıq həyatlarında müsbət rol oynadığına şahid olduq. Bir Uğur media komandası kimi ümid edirik ki, gənc nəsilin eləcə də ölkəmizdə olan turist və ziyarətçilər bu festivaldan bəhrələndiyinin müsbət nəticəsi kimi bu cür festivallar daha da çox təşkil olunar və biz də uğurları öz xəbər portalımızda işıqlandırmaqdan fərəh duyarıq.
Xəbərlər şöbəsinin müdiri: Vüsalə Həsənova



Öz xəbərlərimiz  Tarix:   4 İyul 2019 / 14:07


« Əvvəlki xəbər (5301 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR