05 iyul 2019-cu il saat 08:30-dək

Yardımlı rayonunun Porsova kəndində həyətyanı sahəyə yığılan 12 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Sabirabad rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 45 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 30 m² olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qax rayonunun İlisu kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 38 m² sahədə yanıb. Yüksək temperaturdan 1-ci mərtəbədə 5 m² sahədə tavan qarsalanıb. Evin qalan hissəsi mühafizə yanğından olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbərlər  Tarix:   5 İyul 2019 / 14:08


« Əvvəlki xəbər (5297 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR