FHN-in çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciəti (Video)

Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Qadağandır:
• nəzərdə tutulmamış ərazilərdə çimmək;
• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
• küləkli havada dənizə girmək;
• çimərlikdə gecələmək,
• sərxoş halda çimərlikdə olmaq;
• suda kobud hərəkətlər etmək;
• çimərlikdə balıq tutmaq;
• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
• Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!



Xəbərlər  Tarix:   9 İyul 2019 / 00:04


« Əvvəlki xəbər (5280 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR