FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yeni Yanğından mühafizə hissəsinin açılışı olub

12 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından mühafizə hissəsinin açılışı olub. Açılış mərasimində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.
Yeni istifadəyə verilən hissədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər olan stend, müasir tələblərə cavab verən dispetçer, tədris, istirahət otaqları və yeməkxana vardır. 70 nəfər şəxsi heyətin çalışacağı hissə ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı və təlim qülləsi inşa olunub. Hissə 3 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.



Xəbərlər  Tarix:   13 İyul 2019 / 00:59


« Əvvəlki xəbər (5242 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR