Para-Taekvando üzrə milli komandamız 5-ci Asiya çempionatına yola düşüb

16-19 iyul tarixlərində İordaniyanın Amman şəhərində 5-ci Asia Para-Taekvando yarışları keçiriləcək.
Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə 6 idmançı təmsil edəcək. İdmançılarımız K44 kateqoriyasında yarışan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58kq), İmaməddin Xəlilov (61kq), Abuzər Əbülfəzli (75kq), Hüseyn Həsənov (75kq) və Vüsal İsmayılovdur (+75kq).
Yarış “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Komandamız Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə bu yarışa yola düşüb.



Xəbərlər  Tarix:   17 İyul 2019 / 01:15


« Əvvəlki xəbər (5227 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR