Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Pauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib. Qazaxstanın Nur-Sultan şəhərində keçirilən Para Pauerliftinq üzrə Dünya Çempionatında Azərbaycan komandasının üzvü Elşən Hüseynov bu gün yarışlara qatılıb. 107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb. İdmançımız belə bir nəticə göstərməklə Dünya reytinqində 4-cü yerini möhkəmləndirib və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.



Xəbərlər  Tarix:   19 İyul 2019 / 22:58


« Əvvəlki xəbər (5205 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR