Rezidenturaya qəbul olanlara dair ELAN

2019/2020-ciTədris ili üçün rezidenturaya qəbul olanların nəzərinə!

2019/2020-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 29.07.2019-cu il tarixindən 02.08.2019-cu il tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2. Baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;

3. Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;

4. Xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.


Tarix və saat

İxtisas
29 iyul


09.30-13:00

Pediatriya


Uşaq cərrahiyyəsi
Otorinolarinqologiya
14:00-16:30

Mamalıq-ginekologiya


Ürək-damar cərrahiyyəsi


Neyrocərrahiyyə


Allerqologiya
Üz-çənə cərrahiyyəsi
30 iyul


09.30-13:00

Travmatologiya-ortopediya
Anesteziologiya-reanimatologiya 2


Onkologiya


Dermatovenerologiya


Urologiya
14.00-16:30

Nevrologiya
Ümumi cərrahiyyə
Nefrologiya

31 iyul

09.30-13:00

Fizioterapiya və tibbi bərpa
Yoluxucu xəstəliklər


Psixiatriya
14.00-16:30

Kardiologiya
Narkologiya
Endokrinologiya
Sosial gigiyena və səhiyyənin təşkili
1 avgust



09.30-13:00

Şüa diaqnostikası
Terapiya
14.00-16:30

Stomatologiya


Mikrobiologiya
2 avgust
09.30-13:00

Laboratoriya işi


Oftalmologiya


Plastik cərrahiyyə


Hematologiya


Revmatologiya
14.00-16:30

Epidemiologiya
Gigiyena
Ftiziatriya


Qastroenterologiya


Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza








































Ünvan: Akad. M.Mirqasımov küç. 1A



Xəbərlər  Tarix:   20 İyul 2019 / 00:43


« Əvvəlki xəbər (5200 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR