Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında saat 11.00-dan Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 25 iyul 2019-cu il tarixdə Qarabağ Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Ağcabədi rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 26 iyul 2019-cu il tarixdə Beyləqan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Beyləqan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az



Xəbərlər  Tarix:   23 İyul 2019 / 00:14


« Əvvəlki xəbər (5196 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR