Azercell özbaşnalığının daha bir qurbanı

Bu dəfə Azercell-in öz abonentlərinə qarşı açıq fırıldağını ortaya qoyan daha bir fakt Uğurmedia.az xəbər və iformasiya agentliyinin təsisçi və baş redaktoru Tərlan Abbasovun başına gəlmiş olan hadisə oldu.
Demək, Uğurmedia.az xəbər yayım və informasiya agentinin təsisçi və baş redaktoru Tərlan Abbasov bildirir ki, bir neçə gün bundan öncə Azərcell onun barəsində borcla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Tərlan Abbasovun adına alınan sim nömrədə 87 manat borc olması və həmin məbləğin ödənilməsi iddiası qaldırılıb. Hər hansısa bir bölməyə üvz olmaq və ya səhv basilan bir düymə nəticəsində hansısa bölməyə abunə olmaq bu qədər bocrla nəticələnə bilərmi? Axı bu nömrə istifadəsiz olub? Bu qədər borcun toplanması ilə bağlı yetərincə arqument olmadığı halda və Tərlan Abbasovun həmin nömrəni itirib və uzun müddət istifadə etmədiyini bildirdiyi halda niyə buna ədalətli ölçü götürülməyib? Edilən müraciətlər gətirilən arqumentlər yazılan ərizələr cavabsız qalaraq baxilmamış yenə də buna borc silinməyərək və ödənilməsi tələb olunub.
Bu cür hal Tərlan Abbasovun adına alınan hər üç azercell sim kartında qeyd olunub. Kartlar istifadəsiz olduğu halda onların hər birinə ayrı-ayrı iddialar ilə müxtəlif məbləğli borclar yazılıb.
Tərlan Abbasov kimi neçə - neçə vətəndaşlar bu cür ədalətsizliklə qarşılaşırlar. Bəs bunun sonu olmayacaqmı?!
Kimsə bu özbaşnalığa DAYAN!!! Deməyəcəkmi?!
Ümumiyyətlə Azərcell mobil operatorluğunda problemlərin həlli ilə bağlı şöbə varmı? Əgər belə bir şöbə varsa niyə bu qədər şikayətlərin müqabilində problemlər aradan qaldırılmır? Həmin şöbə problemləri həll etmirsə hansı işlə məşğuldur?
Əgər hər bir sahədə olduğu kimi Azərcell mobil operatorluğunda da belə bir şöbə varsa o zaman biz müraciət edib Azərcell mobil operatorluğunun problemlər şöbəsinin üzvlərinə təklif edərdik ki, nəinki paytaxt Bakı şəhəri ərazisində , eləcə də regionlarımızda reyd keçirərək onlara üzv olan abonentlərin şıkayət və təklifləri ilə tanış olsunlar. Onda görərlər ki, həqiqətdə onların fəaliyyətində səhv mövqelər çoxluq təşkil edir.
Hesab edirəm bu cür böyük bir şirkətin nüfuzunu aşağı salan düzgün seçilməmiş kadrlardır. Əgər abonentlərin problemlərinin həlli ilə bağlı şöbəyə savadlı,işinin peşəkarı olan bir kadr rəhbərlik etsəydi o zaman vətəndaşlar narazı qalmazdı.
Bu cür mobil operatorlardan olan Nar Mobil operatorluğu ilə hər hansı problem olduqda anındaca həll edir və nüfuzlarnı daha da artıran bir xidmət göstərirlər, çünki burada işləyən kadrlar həm savadlı, həm də işlərinin peşəkarıdırlar.
Tərlan Abbasov və onun tərəfkeşləri olan Uğurmedia. az komandası adiyyatı qurumlara xüsusi ilə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə üz tutaraq bu cür özbaşnalığa son qoyulmasını xahiş edir…
Adı gedən şirkətlə bağlı lazımi tədbir görülməzsə, prezidentimiz İlham Əliyev cənablarına bu məsələ ilə bağlı müraciət edəcəyik.
Təsisçi və baş redaktor : Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   29 İyul 2019 / 12:02


« Əvvəlki xəbər (5171 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR