Ağaclara qarşı amansız addım

Təbiət və bəşər ayrılmazdır. Təbiət insandan asılıdır, insan isə öz növbəsində təbiətdən asılıdır. Bitkilər olmadan planetimizi təsəvvür etmək olmaz. Çünki onların insan həyatında əvəzolunmaz rolu vardı.Bitkilər və xüsusilə də ağaclar şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir, sakinləri səslərdən qoruyurlar. Bitkilərin qorunma vasitələrindən ən yaxşısı onların əkilmə sahələrini qorumaqdır. Təbiətin qayğıkeş sahibi olmaq insanın özü haqqında qayğı çəkmək deməkdir. Təbiətin qayğısını çəkməklə insan öz gözəl və səadətli gələcəyini təmin edir. Həqiqətən də yaşıllıq olmasa, nəinki insanlar, bütün canlılar məhv olar.Bu səbəbdən də dövlətimiz daim yaşıllıq zolaqlarının qorunmasının tərəfkeşi olmuş və daim ağacların və meşələrin qorunmasına dair müxtəlif islahatlar aparmışdır. Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” layihəsinin icrası buna baris nümunədir.
Məhəmməd Peyğəmbər (ə.s) ağacların insanlara xeyri haqqında buyurur ki, bir adam bir ağac əkərsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılır.
Bir ağac il әrzindә atmosferә tәxminәn 120 kiloqram oksigen buraxır. Bu qәdәr oksigen üç nәfәrdәn ibarәt bir ailәnin bütün il boyu tәnәffüsünә bәs edәr. Deməli bir agacın da kəsilməsi üç nәfәrdәn ibarәt bir ailәnin bütün il boyu tәnәffüsünә bәs edәn 120 kiloqram oksigeni məhv etmək deməkdir.
Bu yaxınlarda Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “V” yaşayış sahəsində günorta saatlarında insanların hərəkət etdiyi bir istiqamətdə ağacın amansızcasına kəsilməsinin şahidi olduq.
Bu hadisədən təsirlənib üz tuturuq lazımı orqanlara, başda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Sözügedən hadisə ilə bağlı məsələyə aydınlıq gətirmək üçün həmin əraziyə baxış keçirsəniz, hal-hazırda da həmin ağacın kəsilmiş budaqlarının orada olduğunun şahidi olarsınız. Sizə müraciət edərək bu hadisə ilə bağlı lazımı tədbir görülsün və görülən tədbir ictimailəşdirilsin.
Ümid edirəm ki, haqq öz yerini tutacaq bu cür amansızlıq törədən kəslər cənalanacaq və bu hər bir Azərbaycan vətəndaşına örnək olacaq.
Xəbərlər şöbə müdiri: Vüsalə Dilqəm q.



Hüquqi yardım  Tarix:   29 İyul 2019 / 15:11


« Əvvəlki xəbər (5170 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR