Ağacların qurudulmasına görə cəzalandı

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti



Xəbərlər  Tarix:   3 Avq 2019 / 00:40


« Əvvəlki xəbər (5140 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR