Ugurmedianin iyul ayının hesabati

1. Arifə adlı köməyə ehtiyac olan xanım xəstə qardaşına yardım olunması ilə əlaqədar ofisə müraciət etmişdir. Arifə xanıma acınacaqlı vəziyyətini nəzərə alaraq 40 manat yardım olundu.
2. Uğurmedia işlə təmin proqramı vasitəsi ilə işsizliyi qismən azaldılması məqsədi ilə işə ehtiyacı olan xanıma kömək göstərilərək dayə işi ilə təmin olundu.
3. Xəbərlər deporamentinin sədri Həsənova Vüsalənin “Sənəti peşəkardan öyrən” layihəsi üzrə Fotoqraf İlqar Səmədovdan müsahibə alındı və “Öz xəbər” səhifəsində işıqlandırıldı
4. Əməkdaşımız Qələmzər Hüseynovanın Gürcüsatan ezamiyyətində göndərilən materiallar əsnasında “Ureki” haqqında tərifedici xarakterli məqalə “Uğurlarımız” səhifəsində dərc olundu.
5. Milli Mətbuatın yaradılmasının 144 illiyi münasibəti ilə Uğurmedia əməkdaşları həmrəy olaraq Mərkəzi Qan Bankına müraciət edərək “Qanvermə” aksiyası həyata keçirildi.
6. Milli Mətbuatın 144 illiyi ilə əlaqədar keçirilən konfransda
Uğurmediyanın xəbərlər şöbəsinin müdiri Həsənova Vüsalə Dilqəm qızı Uğurmediyanın Xəbərlər deportamentinin sədri Leyla Səttarlının yerinə təyin olundu.
7. İyun ayının 29-da “Kurabiye” un məmulatlarından alınan tortdan çıxan tük haqqında Qida təhlükəsizliyinə məlumat verildi.
8. İyul ayının 23-də Yeni Günəşli qəsəbəsində kəsici alətlərlə cavan ağacın kəsilməsi faktı Ekologiya Təbii Sərvətlər Nazirliyinə məlumat verildi.
9. Əməkdaşlarımızın “1001 gecə restaran” istirahət mərkəzində olarkən rastlaşdıqları faktları:
• Süni qiymət artımı
• Natəmizlik
• Təhlükəsizliyin təmin olunmaması
əhalini məlumatlandırmaq məqsədi ilə məqalə formasında öz xəbər səhifəsinə işıqlandırılmışdır.
10. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin
bütün bölgələri kimi Zərdab rayonunda da baramaçılığın inkişafına dair aparılan işlər haqqında Zərdab rayonu əhalisinin Uğurmedi xəbər yayım və informasiya agentliyinin elektron ünvanına göndərilən məlumatın ictimailəşdirilməsi.
11. Yeni Yasamal massivində “ Yevrostroy-S” MMC-nin inşaa etdirdiyi yaşayış sahələrində məskunlaşan əhalinin qazla bağlı şikayətləri əsasında problemlərinin içıqlandırılması məqsədi ilə aparılan video çəkilişin Uğurmedia onlayn intenet kanalında işıqlandırılması.
12. Azərcell mobil operatorunun uzun müddət istifadə olunmayan nömrələrə müxtəlif bəhanələrlə borc yazmasının faktı əsnasında özbaşnalığın işıqlandırılması məqsədi ilə məqalənin işıqlandırılması.



Uğurlarımız  Tarix:   5 Avq 2019 / 23:13


« Əvvəlki xəbər (5135 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR