Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevi döyərək öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulmuşdur

Avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulmuşdur.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



Xəbərlər  Tarix:   6 Avq 2019 / 00:00


« Əvvəlki xəbər (5133 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR