Uğurmedia xəbər və yaım agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə görə Prezidentə müraciəti

Möhtərəm, Prezident. Ümumilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində çiçəklənən və inkişaf edən vətənimiz sayənizdə öz inkişlafi ilə dünyaya səs salmışdır. Nazirlər kabinetinin müxtəlif strukturlarına qoyulan tələblər və onların icrası nəticəsində Azərbaycan Respublikası Turizm sayəsində də inkişafı ilə xarici ölkələri cəlb edib.
Xarici vətəndaşların ölkəmizə axını zamanı təşkil olunan ekskursiyalar zamanı nəinki rayonların eləcə də paytaxımızın görünüşü cəlb edir. Salınan parklar, yaşıllıqların qorunması, etraf mühitə eləcə də ağacların qorunması və çoxaldılması da paytaxt küçələrinin gözəlləşməsi nəticəsi kimi xarici turistlərin vətənimizə axınına səbəb olur.
Lakin bəzən də elə olur ki, sizin qoyduğunuz qayda-qanunlar çərçivəsindən çıxaraq öz vəzifələrini yetərincə məsuliyyətlə yerinə yetirməyən orqanlar da var. Belə ki:
Uğurmedianın xəbər yayım və informasiya agentliyinin əməkdaşının iyul ayının 23-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “V” yaşayış sahəsindəki yolun kənarında cavan ağacın 2 nəfər şəxs tərəfindən kəsici alətlərlə (balta və mişar) kəsilməsinin şahidi olmuşdur. Sözü gedən hadisə haqqında məlumat Uğurmedia xəbər portalının özxəbər səhifəsində ictimailəşdirildi. Bunanla yanaşı Ekologiya və təbii sərvətlər Nazirliyinin elektron saytına xəbər yayım və informasiya agentliyi kimi öz üzərimizə düşən öhdəliyi yerinə yetirərək məlumat göndərildi.
Nazirlik əməkdaşları hadisə yerində olarkən əməkdaşımız ağacı kəsən şəxsin tapılmasını belə təşkil etdi. Növbəti gün Etraf Mühitin Mühafizəsi Departamenti tərəfindən medianın elektron ünvanına cavab məktubu göndərildi.
Məktubda qeyd edilmişdir ki :
Sizin, “Yeni Günəşli qəsəbəsində ağacın iki nəfər tərəfindən kəsilməsi” ilə bağlı məlumatınız tərəfimizdən yerində araşdırılmışdır.
Araşdırma zamanı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivinin şərq hissəsində yaşayan sakinlərlə görüşülərkən onlar izahat təqdim edərək 23 iyul tarixində güclü külək əsməsi nəticəsində yaşadıqları ərazidə 3 ədəd qovaq ağacının üst budaqlarının qırılaraq yolun hərəkət hissəsini bağladığından qonşular tərəfindən ağacın həmin hissəsinin kəsildiyini bildirmişlər.
Əraziyə keçirilən baxış zamanı 3 ədəd qovaq ağacının üst budaqlarının qırıldığı aşkar edilmişdir.
Qeyd edək ki, külək tərəfindən qırılan ağacda budaqların sınıq hissəcikləri çıxıntılı olduğu üçün kənardan belə bu aydın hiss olunur. Lakin bizdə olan faktlara əsaslanaraq çıxış edə bilərəm ki, ağac kəsici alətlərlə kəsilib beləki budaqların və kötüyün kəsilən hissəsində mişar və balta kəsiklərinin görünüşü aydın hiss olunur. Çox maraqlıdır külək nə vaxtdan balta ilə ağac kəsir, həm də ağacı öz gücü ilə kökündən qoparmır səliqə ilə tən ortasından düz xətt boyunca kəsir.
Deyəsən əraziyə baxış keçirən kəslər sayma problemi də yaşayırlar belə ki, ağacın 1 ədəd olması, həmin vaxtı küləyin güclü olmaması, cavan budaqların şəxslər tərəfindən kəsici alətlərlə kəsilməsi ilə bağlı foto və video çəkilişlərimiz var və bu çəkilişlər də Etraf Mühitin Mühafizəsi Departamentinin əraziyə gəlib baxış keçirən əməkdaşına təqdim olunub.
Təqdim olunan faktlara cavab olaraq həmin əməkdaş whatsapp tərəfindən belə bir cavablandırma ünvanlandı:
Araşdırıldı artıq. Orda qonşular yığışıb izahat verdilər. Ağac qırıldığına çəkiblər qırağa. Bizim hər yazdığımız protokol məhkəmə predmeti olur. Ona görə tam sübut olmalıdır. Həmin gün küləkli gün idi. Şəhərdə çox ağac qırılmışdı.
Lakin bunun da real olmasının əksini bildirə bilərik. Belə ki, əraziyə baxış zamanı tərəfindən ağac kəsilən şəxsin Mühitin Mühafizəsi Departamentinin əraziyə gələn maşınına otuzdurularaq harasa aparılması və bir müddətdən sonra qaytarılması müşahidə olunub. Oradakı sakinlər nə vaxt dindirdilər ki, izahat da aldılar. Yəqin təxəyyülləri o qədər güclüdür ki, həmin ərazidə yaşayışı belə olmayan yol kənarının sakinlərindən izahat alıblar. Bununla yanaşı bizdə olan faktlar həmin ağacın kəsici alətlərlə kəsilməsini və həmin gün güclü küləyin olmamasını təsdiqləyir. Görəsən əraziyə baxış keçirən Mühitin Mühafizəsi Departamentinin üzvləri çəkilişə diqqətlə baxıblarmı? Yoxsa özlərinə sərf edən formada baxıblar...
Hadisənin səhəri günü gecə saat 02:00-03:00 arasında elektrik mişar (pila) tərəfindən həmin ərazidə yenidən gələn səslər sakinləri narahat etdi. Hətta bəzi sakinlər 102 qaynar xəttinə müraciət etmələri barədə bildiriş etdilər. Bildirişdən sonra səs kəsilsə də, bir müddət sonra palta kisim səsləri yenidən əraziyə yayılmışdır. Səhəri gün həmin ərazidə təkrar bir neçə kəsilmiş ağaclar həm foto, həm də video çəkilişlə qeydə alındı. Qeyd edim ki, sözü gedən hadisənin şahidi də var.
Bütün bunlara baxmayaraq səhəri gün həmin kəsilən ağac kökündən çıxarılmış yeri torpaq qatı ilə malalanmışdır sanki bu ərazidə heç ağac olmamışdır kimi bir maskalanma yaradılmışdır. Görünür küləklər son vaxtlar ancaq bu ərazidə ağıllı hesab edilən davranışlardadırlar. Gah səliqəli ağac kəsirlər, gah kəsdikləri kötüyün üzərini torpaqlayırlar, gah da sakit havada gecə saatlarında işləyirlər.
Çox hörmətli, Prezidentimiz xalqın sevimlisi İlham Əliyev cənabları! Uzaqgörən siyasətiniz nəticəsində bizə göstərdiyiniz qayğı sayəsində çiçəklənən və inkişaf edən doğma yurdumuzun daha da inkişaf etdirilməsinə çalışmalı olan şəxslər bu gün öz vəzifəsini bu cür soyuq həyata keçirən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə və onların timsalında vətəninə,xalqına, torpağına barmaqarası yanaşan öz mənfəətini güdən kəslərin cəzalandırılmasını və xalqa nümunə olaraq işıqlandırılmasını sizdən xahiş edirik.
Təsisçi və baş redaktor: Tərlan Abbasov



Hüquqi yardım  Tarix:   8 Avq 2019 / 01:02


« Əvvəlki xəbər (5105 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR