2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında SƏRƏNCAM

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.
2. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov



Xəbərlər  Tarix:   10 Avq 2019 / 13:12


« Əvvəlki xəbər (5081 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR