Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub.

Avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.
Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.



Xəbərlər  Tarix:   21 Avq 2019 / 00:16


« Əvvəlki xəbər (5044 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR