Astaralı idmançılar Boks və Kikboksinq idman növləri üzrə yarışlardan qələbə ilə qayıtdılar

15-16 avqust 2019-cu il tarixlərdə İran İslam Respublikasının Ləvəndəbir şəhərində keçirilən “Vətənə dönən hərbi əsrlərin xatirəsinə həsr olunmuş” Boks üzrə turnirdə astaralı idmançılar da iştirak etmişdir. İdmançılarımızdan Rzayev Şahlar 65 kq çəki dərəcəsində, Əlizadə Nurlan 60 kq çəki dərəcəsində, Həsənzadə Hüseyn 35 kq çəki dərəcəsində II yerlərə, Məmmədov İbrahim 81 kq çəki dərəcəsində I yerə layiq görülmüşlər.
17-18 avqust 2019-cu il tarixlərdə İmişli şəhərində Şəhidlərin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə İmişli şəhərinin açıq birinciliyi keçirilmişdir. Birincilikdə astaralı idmançılarımız da iştirak etmiş və qələbə ilə rayonumuza qayıtmışdır. Belə ki, Həsənzadə Hüseyn 35 kq çəki dərəcəsində və Rzayev Şahlar 65 kq çəki dərəcəsində I yerlərə layiq görülmüşlər.
Qeyd edək ki, İdmançılarımızı yarışa məşqçi-müəllimlər VI dan qara kəmər ustası Rəhmanov Ramiq və III dan qara kəmər ustası Baxşıyev Zamin hazırlamışlar.
19 avqust 2019-cu il tarixində Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançılar və onların məşqçilər ilə idarədə görüş keçirmiş, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan bəhs etmiş, bu sahədə fəaliyyətin artırılmasının zərərli vərdişlərə qarşı mübarizədə önəmli yer tutduğunu vurğulamış, onları qələbə münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və gələcək yarışlarda uğurlar arzulamışdır.



Xəbərlər  Tarix:   21 Avq 2019 / 00:32


« Əvvəlki xəbər (5043 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR