Masazırda kəsilən agacın görüntüləri

Əməkdaşımız 17.08.2019-cu il tarixində axşam 20:30 radələrində Masazır rayon kənd yolunda “Tufan” marketə gedən yolun kənarında villanın həyətyanı sahəsindəki hasar hissəsinə düşən əncir ağacı kəsilərək həmin villanın zirzəmisində gizlədilməsinin şahidi olmuşdur.
Görəsəs bu tikilinin sahibi və bu ağacı kəsən şəxs hansı qurumdan icazə alıb? Ya o hansı haqla bu addımı atıb? Icazə alıbsa əgər bəs niyə ağacı gecə saatlarında kəsir və niyə zirzəmidə gizlədir? Ya əgər ağac villa sahibi tərəfindən kəsilməyibsə kimdir onun hsarı yanında ağac kəsən və onun zirzəmisində gizlədən? Niyə belə vəziyyət digər evlər ətrafında baş vermir?
Sözügedən məsələ ilə bağlı əldə olunan materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olundu. Ümidvarıq ki, bu problemli durum öz həlli yolunu qanun çərçivəsində tapacaqdır. Ağacı kəsən şəxs lazımı qaydada qanun çərçivəsində cərimələnəcəkdir ki, bu da bütün yaşıllığa qarşı amansız davranan hər kəsə bariz nümunə olacaqdır.
Uğurmedia xəbər yayım və informasiya agentliyi hər zaman təbiətin xüsusən də yaşıllıqların qorunmasının tərəfdarı olaraq bu cür haqsızlıqlıqları və qanunsuz addımları ictiamiləşdirən bir media kimi hər kəsə səslənir. Biz təbiətin mühafizəçiləriyik. Məqsədimiz ağaclara, yaşıllıq və təbiətə ziyan vuran və onlarla əlbir olan hər kəsi qanunla cavab verməyə səsləməkdir. Kim verib onlara bu haqqı?
Biz kimliyindən asılı olmayaraq təbiətə zərər verən yaşıllıqları məhv edən hər kəslə daim mübarizə aparcağıq.
Xəbərlər deportamentinin sədri : Vüsalə Dilqəm qızı.



Uğurlarımız  Tarix:   22 Avq 2019 / 17:04


« Əvvəlki xəbər (5030 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR