Ziya Həsənovun xatirəsinə həsr edilmiş Uşu idman növü üzrə Respublika turniri keçirilib

23-25 avqust 2019-cu il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Bərdə rayon Gənclər və İdman idarəsinin və Azərbaycan Uşu-Sanda Federasiyasının birgə təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş baş leytenant Ziya Həsənovun xatirəsinə həsr edilmiş Uşu idman növü üzrə Respublika turniri keçirilib.Turnirdə 6 şəhər və rayondan (Abşeron, Gəncə, Şəki, Mingəçevir , Göyçay, Bərdə) 15 komanda iştirak edib. Turnirdə 200 nəfərə yaxın idmançı müxtəlif yaş qrupunda və çəki dərəcələrində öz güclərini sınamışlar.
Tədbirin rəsmi hissəsində Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, şəhidin qardaşı Nicat Həsənov, Azərbaycan Uşu-Sanda Federasiyasının uşu idman növü üzrə təşkilat şöbəsinin müdiri 4 qat Avropa çempionu, İslam Oyunlarının bürünc və gümüş mükafatçısı, Prezident mükafatçısı Elçin Eminov, 2 qat Avropa çempionu Rasim Kərimov və başqaları çıxış edərək, şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıb, qeyd etdilər ki, qəhrəmanımızın həyatı hər bir gənc üçün örnək olmalıdır. Çıxış edənlər ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğını da xüsusi vurğuladılar .
Yarışı beynəlxalq dərəcəli hakim Vüqar Əsədzadənin rəhbərli ilə 10 nəfərdən ibarət hakimlər briqadası idarə etmişdir.
Qaliblər Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif olunmuşlar.



Xəbərlər  Tarix:   28 Avq 2019 / 01:25


« Əvvəlki xəbər (5004 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR