Azərişıq (ASC ) 199 nömrəli qəza xidmətinin özünün qəzalı vəziyyəti.

Qaynar xəttimizə gələn məlumata əsasən vətəndaş M.İlahə (şərti adı qeyd olunub) 199 nömrəli qəza xidmətindən şikayətçidir.Səbəb qaynar xəttin operator xanımların məsuliyyətsizliyidir.Məsələ budur ki,vətəndaş İlahə M. 199 qaynar qəza xidmətinə zəng edərək öz problemini qeyd edib,kömək istəyib.Operator xanımlardan biri tezliklə yardımın gələcəyini qeyd edib.İzahatda bildirilib ki,İlahə xanım ikinci dəfə də zəng edərək gəlməmələrinin səbəbini öyrənmək istəyib.Başqa operator xanımda onlarlıq olmadığını,nəzarətçiyə zəng etməyini söyləyib.Üçüncü zəng də isə,vətəndaşı dinləyib sadəcə telefonu üzünə qoyublar.Vətəndaş işıq problemi ilə bağlı kimə müraciət etsin?Hansı qaynar xəttə?Bəyəm bunun axırı hər-hansısa bir təhlükəyə gətirib çıxartmazmı?Savadsız operatorların məsuliyyətsizliyi ucbatından niyə vətəndaş həm mənəvi həm də maddi ziyana düşməlidir?Niyə evində yanğın baş verməlidir,qışın soyuğunda küçədəmi qalmalıdırlar?Niyə hər dəfəsində yalan-dolan sözlərlə aldadılaraq yola verməlidirlər?Məncə bir çoxumuz butür problemlərlə üzləşmişik.”Artıq göndərmişik,qeydə aldıq,artıq yoldadır”sözləri məncə bir çoxlarımıza tanışdır.Ancaq nə texniki baxış,nə usta nə də ki,doğru məlumatı verən şəxs var.Bizdə Uğurmedia İnformasiya Agentliyi olaraq bu məsələni işıqlandırılmasını üzərimizə götürdük. Hər bir vətəndaşın problemini öz problemi kimi bilib tez bir zamanda həll etsinlər və savadlı kadırları işə götürsünlər.Ayın sonunu maaşı gözləmək adı xatirinə ,vicdanla işləyirəm demək deyil! Dövlətin büdcəsindən qəza xidməti əməkdaşlarına və rəhbərliyə ayrılan vəsait boşunamı verilir?Bu pullar havayı verilirdisə onda bu qəza xidməti nə ücün fəaliyyət göstərir?199 qəza xidməti varsa niyə vətəndaşın probleminə qeyri-ciddi yanaşıblar?Xalqımız bisavad kadırların qurbanına çevrilməməlidir!199 Qəza xidməti tez bir zamanda özünün qəzalı vəziyyətinə son qoymalıdır.Uğurmedia İnformasiya Agentliyi tez bir zamanda qəza xidmətin rəhbərliyinin mövqeyinin və qurumla bağlı görülən tədbirin həllini işıqlandıracaq.
Xəbərlər Deportamentinin sədri : Mustafayeva Arifə Arif qızı



Öz xəbərlərimiz  Tarix:   14 Yan 2019 / 21:11


« Əvvəlki xəbər (7080 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR