Son Ümid yeri

Elşən Məmmədov uğurmedia xəbər yayım və informasiya agentliyinin redaksiyasına gələrək başına gələn hadisələri və alimentlə bağlı olan problemlərini əmədaşlarımiza danışdı. Keçirilən hər üç məhkəmə instansiyalarını uduzduğunu vurğuladı.
Yusibova Aynurə Elman qızı 2 uşaq atası Elşən Məmmədova qarşı alimentlə bağlı Göygöl rayon məhkəməsi ndə iddia ərizəsi qaldırmışdır. Məhkəmə iddiaçının tələbi ilə 80 manat aliment kəsmişdir . Çıxan qətnamədən narazı olan cavabdeh Apelyasiya məhkəməsinə müraciət etmiş, nəticədə Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni qüvvədə saxlamışdır və uduzan tərəf Elşən Məmmədov olmuşdur.Son olaraq Ali məhkəməyə müraciət edən Elşən Məmmədova eyni qaydalar tətbiq olunub və alimentin ləğv olunması iddiası təmin olunmamışdır.
Son ümid yeri kimi ugurmediaya müraciət edən Elşən Məmmədovun həm ailə vəziyyətinin çox acınacaqlı olduğunu, həm də özünün psixoloji durumunun sarsıntılı olduğunu nəzərə alaraq ona hüquqi yardım göstərilmişdir. Hüquq şöbəsinin hüquqşünası Qələmzər Hüseynova işin yenidən qaldırılması, ədalətsizliyin bərpa olunması, düzgünlüyün araşdırılması, atalığın müəyyən olunması və nəticə etibarı ilə alimentin ləğv olunması iddiası ilə Göygöl rayon məhkəməsinə müraciət etdi. Ümid edirik ki, iki uşaq atası olan Elşən Məmmədovun problemi həll olunar və ədalətsizlik aradan qalxar.
Ugurmedianın hüquqşünası Hüseynova Qələmzər



Hüquqi yardım  Tarix:   30 Avq 2019 / 11:53


« Əvvəlki xəbər (4983 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR