Ruslan kimi dələduzların əməllərinə son qoyulsun.

Azərbaycanda muzdla işləyən fəhlələrdən biri Qaraşov Alim Ugurmedia xəbər və yayım informasiya agentliyinə gələrək başına gələn hadisəni danışdı.Ruslan adlı şəxs gah özünu briqadir gah da usta kimi təqdim edərək aya 500 azn-ə iş təklif edib. Ruslan, Alimi 10-a yaxın obyektlərdə işlədərək əmək haqqını verməyib. Alim hər maaşını tələb etdikdə Ruslan ona hədə-qorxu gəlib. Əmək haqqı ödəmək adı ilə Alimin savadsızlığından istifadə edərək ev ünvanını öyrənib və bundan sonra hər dəfəsində Alimi hədələyib ki : ”Ünvanını bilirəm sənə məhkəmələrdən məktublar gələcək, məhkəmələr də süründürəcəm”, -deyərək qorxudurmuş.Alimin ailə vəziyyətinin çətin durumda olması və xəstə anasına baxmasını nəzərə alan Ugurmedia xəbər və yayım informasiya agentliyinin hüquqşünası ona hüquqi yardım göstərdi.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsinin bizə ünvanladığı məktub:
Sizin 05.08.2019-cu il tarixli məktubunuza cavab olaraq qeyd edilmiş vətəndaş Qaraşov Alim İlham oğlunun müraciəti tərəfimizdən araşdırılmış və şikayət ərzəsində göstərilənlərin polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddia olması müəyyən edilmişdir ,belə ki həmin iddia ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət edə bilərsiniz .
Həmçinin A.Qaraşovun əvvəlki müraciəti 23.10.2018-ci tarixdə 25-ci PŞ-nə daxil olmuş və vətəndaşa yazılı məktub göndərilmişdir həmin məktubun ksero sürəti məktuba əlavə edilərək məlumat üçün sizə göndərilir.
Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Mətin Qulubəyli tərəfindən.
Vətəndaş işini məhkəməyə verə bilmir, çünki hüquqi ünvan yoxdur. Bu halda vətəndaş neynəməlidi ? Vətədaşı n hüquqlarını kim müdafiə etməlidi? Bu dələduzun əməllərinə nə vaxt son qoyulacaq?.Aidiyyatı dövlət qurumlarından ugurmedia olaraq xahiş edirk ki,vətəndaşa köməklik etsinlər və Ruslan adlı şəxsi cəzalandırsınlar.
Ugurmedianın hüquqşünası Hüseynova Qələmzər



Hüquqi yardım  Tarix:   30 Avq 2019 / 13:59


« Əvvəlki xəbər (4982 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR