Fövqəladə Hallar Nazirliyinin təşkili ilə keçirilən Mülki müdafiə təlim kursunda ümumtəhsil məktəblərinin müəllimlərinin maarifləndirilməsinə start verildi.

Hər il ümumtəhsil məktəblərin ibtidai siniflərinin 2-ci, habelə yuxarı siniflərin 5 və 6-cı siniflərində ayda bir dəfə olmaqla oktyabr ayından başlayaraq mart ayının 1-inədək Mülki-müdafiə mövzusunda dərslər tədris olunur. Tədris olunan bu dərslərdə 2-ci siniflər üçün:
• Mülki müdafiə haqqında anlayış
• Fövqəladə hallar və davranış qaydaları haqqında əhatəli xəbər və məlumatlar verilməsi
• Respiratorun əhəmiyyəti və ondan istifadə qaydası. Tənəffüs üzvlərini mühafizə edən ən sadə vasitə( pambiq, tənzif sarğı, tozdan qoruyan parça maska)
• Uşaq əlehqazlarının əhəmiyyəti və ondan istifadə qaydası
• Şagirdlərin sığınacaqda (daldanacaqda) yerləşdirilməsi və davranış qaydaları. Ən sadə daldanacaqlar.
• Şagirdlərin qəzaların və təbii fəlakətlərin nəticələrindən mühafizə qaydaları.
Mövzularında geniş məlumatlar verilir.
Dərs 40 dəqiqə təşkil etməklə müxtəlif əyani vasitələr video rolik və slayd şəklində təşkil olunmuş dərslər şəklində də tədris olunur.
5-ci siniflər üçün təşkil edən mövzularda isə:
• Azərbaycan Respublikasının mülki müdafiəsi, onun məqsəd və vəzifələri
• Müasir kütləvi qırğın vasitələri
• Fərdi mühafizə vasitələri
• Bizim yerlər üçün səciyyəvi olan qəzalar, təbii fəlakətlər və onların nəticələrindən mühafizə
6-ci siniflərdə isə:
• Kollektiv mühafizə vasitələri
• Düşman hücumu təhlükəsi yaranarkən, habelə qəza və təbii fəlakətlər zamanı şagirdlərin fəaliyyəti
• Qanaxmalar, yanıqlar, sınıqlar və bədbaxt hadisələr zamanı özünəyardım göstərmək üsuları
• Radioaktiv,zəhərləyici maddələr, bakterioloji( bioloji) vasitələr və güclü təsirli zəhərli maddələrlə zədələnmələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərmək qaydaları kimi mözvular tədris olunur.
6 ay ərzində ayda 1 dəfə tədris olunan təlim mart ayının 1-də Mülki müdafiə günündə tədbir şəklində yekunlaşır. Tədbirdə məktəbdən təbii fəlakət zamanı və fövqəladə hal zamanı şagirdlərin təxriyyə olunması, əlehqaz və respiratorlardan istifadə qaydaları, bununla yanaşı yanğın zamanı yanğın söndürən balonlarından istifadə qaydası nümayiş olunur.
Bəs mülki müdafiə nədir?
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;
3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
2019-2020-ci cari tədris ili üçün Bakı şəhəri Suraxanı rayonu 114 saylı tam orta məktəbdə hər il olduğu kimi bu gün də Mülki müdafiə təlimləri 3 günlük silsilə şəklində təşkil olunmuşdur. Təlim Suraxanı rayonu Fövqəladə hallar Nazirliyinin rayon üzrə bölməsindən başda rəis olmaqla bir qrup heyyəti tərəfindən təşkil olunmuşdur. Saat 9:00-da start verən təlim kursu 16:00-dək davam edən Təlimin əsas məqsədi təbii hadisələr və fövqəladə hallar zamanı davranış qaydaları həm öyrətmək , həm də praktik şəkildə nümayiş etdirmək idi. Təlimdə iştirak edən nümayəndələr zala yığılan müəllim kollektivinə geniş, ətraflı və maraqlı məlumatlar verdilər. Təlimdə uğurmedia xəbər yayım və informasiya agentliyinin əməkdaşı Vüsalə Həsənova da iştirak etmişdir.
Heç kəs təbii hadisələrdən sığortalanmayıb hər an təbii hadisə və fövqəladə hal baş verə bilər. Hər bir vətəndaş bu hadisələrə hazır olmalı və bu zaman davranış qaydalarıı bilməlidir. Bunu nəinki təhsil müəssisələrində, hər sahədə hətta ailədə valideyn belə həm maariflənməli, həm də ilk müəllim kimi övladını bilgiləndirməlidir.
Xəbərlər deportamentinin sədri: Vüsalə Dilqəm qızı



Öz xəbərlərimiz  Tarix:   4 Sen 2019 / 03:38


« Əvvəlki xəbər (4949 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR