“Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qalibləri Azərbaycana səfər etdi

2011-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq xarici ölklərin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir. Müsabiqədə iştirak etmək etmək istəyən gənclər aşağıdakı tematik mövzular üzrə öz esse yazılarını təqdim ediblər:
- Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları;
- Azərbaycanın iqtisadi inkişafı;
- Azərbaycanın neft və qaz strategiyası;
- Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti;
- Azərbaycanın əhalisi, dili, adətləri və dini;
- Azərbaycanın beynəlxalq siyasətdəki rolu;
- Azərbaycan və digər ölkələr: tarixi əlaqələr
- Sərbəst mövzu
Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.
Müsabiqənin yekunu olaraq ABŞ, Bolqarıstan, Efiopiya, Litva, Pakistan, Polşa, Serbiya, Uruqvay, Vyetnam və Yunanıstandan olan qaliblərin 25 - 03 sentyabr 2019-ci il tarixlərdə Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılmışdır. Bu il 10 ölkədən 50 əcnəbi gənc Azərbaycana səfər edib.
Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyində Nazir müavini Fərhad Hacıyev tərəfindən qəbul edilmiş, müsabiqənin diplomları və hədiyyələri ilə mükafatlandırılmışlar. Proqrama əsasən qaliblər Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət emiş, Heydər Əliyev Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Dövlət Xalçaçılıq Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə və s. yerlərdə olacaq Aərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşlar.

Ümumilikdə 2011-2019-cu illərdə 44 ölkədə 60 müsabiqə keçirilmiş və bunun nəticəsi olaraq 540 nəfərin Azərbaycana səfərləri baş tutub.



Xəbərlər  Tarix:   5 Sen 2019 / 00:01


« Əvvəlki xəbər (4945 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR