Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandası Dünya Çempionatına yola düşür

Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarışa yola düşən idmançılarla görüşüb. Onlara mötəbər və məsuliyyətli yarışda uğurlar arzu edib.
Komitə prezidenti qeyd edib ki, Londonda keçiriləcək Dünya Çempionatı olduqca məsuliyyətli yarışdır. Çünki bu yarış Tokio 2020 paralimpiya oyunlarına birbaşa lisenziya qazandırıb.
“Bu səbəbdən də idmançılar nizam-intizamlı olmalı, məşqçilərin tövsiyələrinə əməl etməlidirlər. Nizam-intizam olan yerdə uğur da var”, - qeyd edib.
Komandanın baş məşqçisi Alavərdi Culfayev qeyd edib ki, idmançılarımız yarışlara hazırdırlar. Yarışda uğurla çıxış edəcəklərini qeyd edib.
Qeyd edək ki, Azərbaycanın üzgüçülük üzrə paralimpiya milli komandası 5-16 sentyabr tarixlərində İngiltərənin paytaxtı Londonda Dünya çempionatında iştirak edəcək. “Tokio 2020” XVI yay paralimpiya oyunlarına birbaşa lisenziya xalları qazandıran yarışda ölkəmizi üç idmançı təmsil edəcək.
Baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında idmançılar Roman Saleh, Vəli İsrafilov və Şamil Şahov dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.



Xəbərlər  Tarix:   5 Sen 2019 / 00:05


« Əvvəlki xəbər (4944 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR