Komitənin təkzibi

Ailənin möhkəmləndirilməsi, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Vahid dövlət siyasətinin formalaşdırılması və bu siyasətin sistemli şəkildə həyata keçirilməsində xüsusi dövlət təşkilatının yaranması zərurətindən irəli gələrək, möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması onu göstərir ki, Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim nəzarətdə saxlayır, bu isə ölkəmizin daha da güclənməsinə gətirib çıxarır.
Komitə fəaliyyət göstərdiyi istiqamətlər üzrə müxtəlif layihələr həyata keçirir, müsabiqələr, tenderlər elan edir. Ən yaxşı, hərtərəfli əsaslandırılmış və səmərəli təklifləri dəyərləndirir. Tenderi qazanmış şirkətlə müqavilə bağlanmazdan öncə həmin şirkətin Azərbaycanda qanunsuz fəaliyyətinin olub-olmaması ilə bağlı məsələlər daim diqqətdə saxlanılır.
Aidiyyəti dövlət qurumları tərəfindən nəzərdə tutulan şirkətin qanunsuz fəaliyyəti haqqında hər hansı bir tədbirin görülməsi və bu barədə rəsmi açıqlamanın olub-olmaması ilə bağlı məsələlər yoxlanıldıqdan sonra şirkətin uğurlu layihə təklifi Komitə tərəfindən qəbul olunur.
Tenderə cəlb olunan şirkətlər barəsində neqativ halların aşkar çıxarılması, dələduzluq faktlarının törədilməsinin müəyyən edilməsi bilavasitə hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olan məsələlərdir.
Bütün dövlət təşkilatları kimi, Komitə öz növbəsində bu kimi qanunsuz fəaliyyət göstərən şirkət və ya təşkilatla əməkdaşlığı yolverilməz hesab edir.
Bir daha qeyd edirik ki, bəzi KİV-lərdə Komitənin elan etdiyi tender və onun nəticələri ilə bağlı dərc olunmuş məlumatlar yanlış xarakterlidir və heç bir həqiqəti əks etdirmir.



Xəbərlər  Tarix:   5 Sen 2019 / 00:41


« Əvvəlki xəbər (4937 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR