Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin sentyabr ayının 20-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra
№-si
Şəhər (rayon)
Əlaqələndirici
şəxs
Əlaqə
telefonu
1
Gəncə şəhəri
Bəxtiyar Muradov
050-534-33-61
022-266-29-51
2
Naftalan şəhəri
Zöhrab Adıgözəlov
055-330-29-23
022-352-30-56
3
Samux rayonu
Süleyman Əliyev
050-687-58-43
022-275-11-39
4
Goranboy rayonu
Gündüz Hacıyev
050-364-94-26
022-245-31-26
5
Kəlbəcər rayonu
Hacı Əmrahov
050-441-84-82
022-261-50-19
6
Xocalı rayonu
Ruslan Bəşirov
050-584-07-09
022-247-47-31



Xəbərlər  Tarix:   6 Sen 2019 / 00:15


« Əvvəlki xəbər (4929 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR