Kənd Təsərrüfatı Nazirliyi 200-dən çox vakant yer üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib. Elana əsasən, nazirlik tərəfindən aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçular vakant yerlər üzrə işə qəbul ediləcəklər. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Ağdaş, Astara, Qax, Balakən, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Göyçay, Göyçay, Göygöl, İsmayıllı, Ucar, Kürdəmir, Beyləqan, Lənkəran, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Qusar, Sabirabad, Saatlı, Sabirabad, Sabirabad, Salyan Şamaxı, Şəki, Şabran, Şəmkir, Tərtər, Ucar, Xaçmaz, Xızı, Yevlax, Zaqatala, Zərdab qurumlarında vakant aqronom ştatları
İş haqqında qısa təsvir:
Bu iş bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etməkdən, əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənməkdən və fenoloji xəritələr hazırlamaqdan, toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət etməkdən, səpin, becərmə, yığım və saxlanılma dövründə toxum tədarükü sahəsində bütün tədbirlərin düzgün, vaxtında həyata keçirilməsinə əməli köməklik göstərməkdən ibarətdir.
Əmək funksiyaları
Xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etmək
Təsərrüfatlarda aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət etmək
Bitki mühafizəsi üzrə elmin son nailiyyətləri və qabaqcıl təcrübə sahəsində yerlərdə seminar müşavirələrin keçirilməsinə köməklik göstərmək
Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini, pestisidlərin saxlanılmasını, daşınmasını və istifadəsini təşkil edir, bitkilərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak etmək
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Aqronomluq və Bitki Mühafizə sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq
Əmək haqqı:
360-520 AZN
İş vaxtının norması:
09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 06.09.2019
Son müraciət tarixi 06.10.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev.
E-ünvan: b.aliyev@axa.gov.az
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Ağdaş, Astara, Balakən, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Kəlbəcər, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qusar, Sabirabad, Salyan, Siyəzən, Şəki, Şirvan, Şabran, Şəmkir, Xocalı, Xocavənd, Yardımlı, Zəngilan vakant baytar həkimi ştatları
İş haqqında qısa təsvir:
Bu iş heyvanlar arasında yoluxucu və xüsusi təhlükəli olan heyvan mənşəli xəstəlikləri- qarayara (zoonoz), quduzluq, iri buynuzlu heyvanlarda taun xəstəliklərinin yayılmasının qarşısını almaq, onun müayinə və müalicə edilməsi və tam sağlamlaşdırılması üçün xüsusi tədbirlər görmək, bu xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə vaxtında dərman preparatlarının və vaksinlərin əldə edib peyvənd aparılması işini təşkil etməklə bu sahədə olan nöqsan, qüsur və çatışmazlıqlar barədə aidiyyəti təşkilatlara məlumatlar verməklə yoluxucu və invazion xəstəliklərin baş verməsinin vaxtında qarşısınını almaqdan ibarətdir.
Əmək funksiyaları

Xəstəliyin baş verməməsi və yayılmaması, mal-qaranın xəstəliyə qarşı davamlılığını artırmaq məqsədilə iri buynuzlu heyvanlarda, davarlarda peyvəndlərin aparılması işini təşkil etmək
Təsərrüfatlarda yayıla biləcək xüsusi təhlükəli xəstəliklərin qarşısının alınmasına nəzarət etmək
Heyvanlar arasında müayinə-müalicə işinin təşkili
Brusellyoz və vərəm xəstəliklərinin insanlar və heyvanlar arasında yayılmamasını təmin etmək
Əhatə etdiyi sahə üzrə respublika ərazisində xəstəliklərin baş verməsinin qarşısının alınması üçün əməli tədbirlər hazırlayıb həyata keçmək
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Baytarlıq sahəsində ali təhsil
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları
müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini
əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq
Əmək haqqı:
360-520 AZN
İş vaxtının norması:
09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 06.09.2019
Son müraciət tarixi 06.10.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev.
E-ünvan: b.aliyev@axa.gov.az
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında
Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Ağdaş, Astara, Balakən, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Göyçay,Göygöl, Hacıqabul, Kəlbəcər, Lerik, Masallı, Neftçala, Qobustan, Salyan, Şəki vakant baytar feldşeri (böyük baytar feldşeri) ştatları

İş haqqında qısa təsvir:

Bu iş baytarlıq müalicə və profilaktika tədbirlərini müstəqil və ya baytar həkiminin nəzarəti altında həyata keçirməkdən, baytar ləvazimatlarının qorunmasından, yuyulub təmiz saxlanılmasından, iş üçün yararlı olmasını təmin etməkdən, dərman maddələrinin hazırlanmasından, müalicə-profilaktika işlərinin aparılması üçün lazım olan əşya və cihazlara (iynə, şpris və s.) nəzarət edilməsindən ibarətdir.

Əmək funksiyaları
Baytar həkimi ilə birlikdə və ya onun rəhbərliyi ilə bütün baytarlıq müalicə işlərinin aparılması
Peyvəndlərin aparılması, iynələrin vurulması
Dərmanların verilməsi
Analiz üçün qan nümunələrinin götürülməsi
Laborator analizlərin aparılmasına köməklik göstərilməsi
Təcrübəyə dair tələblər:
Sahə üzrə iş təcrübəsi
Təhsil və ixtisas tələblər:
Baytarlıq sahəsində orta-ixtisas təhsili
Kompüter biliklərinə dair tələblər:
Microsoft Office Proqramları
Xarici dil tələbləri:
-
Bilməli olduğu zəruri biliklər
müalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası
müalicələrin aparılması qaydası
laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması
müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları
Sertifikat tələbləri:
-
Fərdi keyfiyyət tələbləri:
Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq
Əmək haqqı:
310-350 AZN
İş vaxtının norması:
09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)
İş yerinin ünvanı:
-
Vakansiyanın elan edilmə tarixi 06.09.2019
Son müraciət tarixi 06.10.2019
Əlaqə nömrəsi: 055-886-59-94 - Babək Əliyev.
E-ünvan: b.aliyev@axa.gov.az



Xəbərlər  Tarix:   7 Sen 2019 / 01:56


« Əvvəlki xəbər (4920 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR