11-13 sentyabr tarixində Ugurmedianın əməkdaşlarının Şəki şəhərində vətəndaşlarla görüşünün nəticələri.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nazirlərə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə bölgələrdə vətəndaşların qəbulunu keçirmələrini və onların müxtəlif məsələlərlə bağlı problemlərinin müsbət həll olunması üçün tədbirlər görülməsi tapşırığını və tövsiyəsini verib.Uğurmedia xəbər və yayım informasiya agentliyi dövlətinə,xalqına xidmət göstərən agentlik olaraq,prezidentimizin tövsiyələrini rəhbər tutaraq Şəki şəhərində 11-13 sentyabr tarixlərində görüş təşkil etdi.Görüşdə məqsədimiz prezidentimizin ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarların regionlarda icrasını işıqlandırmaq idi və Azərbaycanın çoxşaxəli dinamik inkişafının tək paytaxt olan Bakını deyil, bütün regionaları əhatə etdiyini həm xalqımıza, həm də dünya ictimaiətinə çatdırmaq idi. Eyni zamanda vətəndaşların problemlərinin həll olunması üçün Şəki camaatına hüquqi yardım göstərildi.
Gördüyümüz işlərin siyahısı:
1.Vətəndaşa alimentin alınması ilə bağlı hüquqi yardım göstərildi.
2.Borc müqaviləsi ilə bağlı hüquqi yardım göstərildi.
3.Bir xanım ərazi polis bölməsinə yönləndirildi.
4.Bir vətəndaş probleminin həlli üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə yönləndirildi.
5.Mülk bölgüsü ilə bağlı problemin həlli üçün hüquqi yardım göstərildi.
6.Şəki şəhərində “Ərdoğan “layihəsinin çəklişləri aparıldı.
7.Sosial rifah haqqında sakinlərin fikirləri öyrənildi.
8.Şəki gəncləri ilə görüş keçirildi və gənclərin arzu və istəkləri dinlənildi.Məlum oldu ki,gənclər Şəkidə “velo tur”keçirilməsini arzulayırlar.Biz də ugurmedia olaraq gələcəkdə bu turun keçirilməsi üçün təşkilatçılıq etməyi planlaşdırırıq.
9.Sənədsiz evlərdə yaşayan vətəndaşların problemləri dinlənildi.



Uğurlarımız  Tarix:   19 Sen 2019 / 12:00


« Əvvəlki xəbər (4886 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR