Naxçıvan 69 ünvanında yaşayan sakinin oğurluqla bağlı ugurmediyaya müraciətinin nəticəsi.

Ugurmedia xəbər və yayım informasiya agentliyinin redaksiyasına ev sahibəsi Hüseynova Arzu onun ünvanına göndərilən xəstə baxıcısının evindəki soyuducudan ərzaq (ət) oğurlaması barədə məlumat verərək bu hadisə nin ictimailəşdirilməsi üçün ugurmediyaya onlayın müraciət etmişdir . Eyni zamanda məktubda əks etdirdiyi bu oğurluq halını evində quraşdırdığı kamera görüntüsü ilə təsdiqləyə biləcəyini vurğulamışdır.
Ugurmedia xəbər və yayım informasiya agentliyi bu hadisəni şərti ad altında heç bir görüntü olmadan ictimailəşdirdi və oğruluqla bağlı hadisəni araşdırmaq üçün ərazi polisinə , yəni 24-cü polis bölməsinə müraciət etdi .24-cü polis bölməsi oğurluq halını təsdiqləyəcəyi halda ugurmedia həmin kamera görüntülərini oxucularına təqdim etməli idi.
24-cü polis bölməsi oğruluğu dəqiqləşdirmək üçün Naxçıvan 69 ünvanında yaşayan Arzu Hüseynovanı bölməyə dəvət etdi.Lakin, Arzu Hüseynova bölməyə gedərək şikayətçi olmadığını bildirdi .
ugurmedia xəbər və yayım informasiya agentliyi bu mübahisəli hadisəni polis şöbəsi təsdiqləmədi deyə ictimailəşdirmədi.Ugurmedia şər-böhtan xarakterli və yaxud öz təsdiqini tapmayan heç bir hadisəni işıqlandırmır.
Ugurmedianın hüquqşünası:Qələmzər Hüseynova



Uğurlarımız  Tarix:   19 Sen 2019 / 13:30


« Əvvəlki xəbər (4884 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR