Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülur

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının qoparaq yerə tökülməsi barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirib, sakinlərin təhlükəsizliyini təmin ediblər.



Xəbərlər  Tarix:   20 Sen 2019 / 00:51


« Əvvəlki xəbər (4878 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR