"Şanlı Azərbaycanım!" klipinin təqdimat mərasimi keçiriləcək

"Şanlı Azərbaycanım!" klipinin təqdimat mərasimi keçiriləcək
Sentyabrın 21-i saat 14-00-da "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə "Şanlı Azərbaycanım!" klipinin təqdimat mərasimi keçiriləcək. Bakıdakı "Xan qızı" restoranında keçiriləcək tədbirdə ölkənin tanınmış ziyallıları iştirak edəcək.Xatırladırıq ki,mahnının sözləri və musiqisi xanım Yaqut Almaza məxsusdur.Mahnını gənc müğənni xanım Sevda Mustafayeva ifa edib.Klipin hazırlanmasında xanım Arzu Abbasovanın da zəhməti var.
Təqdimat mərasimində informasiya dəstəyi "uğurmedia.az", "xebertv.az" və "inkisaf.tv"saytlarına məxsusdur.
Türkanə Səfərova,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri.



Uğurlarımız  Tarix:   20 Sen 2019 / 16:21


« Əvvəlki xəbər (4874 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR