Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılmışdır.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilmiş və o, saxlanılmışdır. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilmişdir.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. O, Məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilmişdir.



Xəbərlər  Tarix:   23 Sen 2019 / 21:09


« Əvvəlki xəbər (4867 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR