"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığl ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığl ilə "Şanlı Azərbaycanım" klipinin təqdimat mərasimi keçirildi.
Bakıdakı "Xan qızı" təqdimat mərasimini Birliyin sədri,"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi(1918-2018) yubiley medalı və "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı.Şəhidlərin əziz xatirəsi 1 dəq.sükutla yad edildi.
Klip nümayiş olundu. Şeirin və mahnının müəllifi xanım Yaqut Almaz, istedadlı müğənni Sevda Mustafayeva klipin yaranma tarixi haqqında məlumat verdilər.Azərbaycan Respublikasının Xalq artisti, Professor, Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Qəzənfər Abbasov, istedadlı muğam ifaçıları-Qarabağ qazisi Araz Ağdamlı və Murad Kəngərli, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin NTK-sının sədri, II dərəcəli müharibə əlili Zahid Qarayev, ehtiyatda olan polkovnik Telman Hətəmov, Azərbaycan Respublikası "Gəncliyə Yardım Fondu" nun vitse-prezidenti Salman Əliyev, şair Zakir Ağdamlı, Azərbaycan Turizm Universitetinin baş müəllimi Buniamin Qənbərli, şairə Səadət Kamilqızı, ADPU-nun müəllimi, şairə Səadət Miri, Xatirə Xatun, "Asiya-fakt.info" İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Qələndərli, "İnkişaf TV" nin icraçı direktoru Aysel Hüseynova, "Ugurmedia.az" xəbər yayım və iformasiya agentliyinin Xəbərlər departamentinin rəhbəri Vüsalə Həsənova və başqaları klip haqında öz fikirlərini və tövsiyələrini , həmçinin arzularını və bu gün musiqi sferasındakı inkişaf dövrünün neqativ halda olan səmtinin milli vətənpərvərlik ruhuna söykənməsi istəyini söylədilər.
Hal- hazırda ictimai televiziya və radio, həmçinin sosial şəbəkələr vasitəsi ilə mütəmadi yayımlanan söz yığımından ibarət olan, lakin mənaca və tutumca gənc nəslə örnək olmayan musiqilərin səslənməsinin irad və qısaömürlülüyündən də tədbir əsasında söhbət açıldı. Ictiamai xadimləər, ziyalı və vətəninə, xalqına daim qulluq edən şəxsiyyətlərin bir araya toplandığı bu təqdimat mərasimində “Şanlı Azərbycanım” mahnısının klipidəki görüntülərin və ümumi rejissor işinin peşəkarlığı d vurğulandı.
Təqdimar mərasiminə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Şamilə Şamilqızı, Bakıdakı 158 saylı tam orta məktəbin şagirdi Aqil Əlməmmədli,Xocalıdan məcburi köçkün,şairə İmarət Cəmilli və şairə Səadət İbrahimli gözəl şeir nümunələri ilə təqdimat mərasiminə əlavə rəng qatdılar.
Mərasim çay süfrəsi arxasında davam etdirildi.
Xatırladırıq ki, informasiya dəstəyi "ugurmedia.az" , " xebertv.az", "inkisaf TV.az" və "Asiya-fakt" informasiya Agentliyinə məxsusdur.
Biz də bir Uğurmedia.az komandası olaraq mahnının sözlərinin və bəstəsinin müəllifi olan Yaqut Almaz xanımı və musiqiyə can verən onu yaşayaraq içində Vətən məhəbbəti nə qədər dərin olduğunu oz ifasında biruzə verən gənc müğənni Sevda xanımı bu əsrarəngiz əsərin bizlərər bəxş etdikləri üşün onları təbrik edirik, gələcək uğurlarında daha da yüksəlişlər arzu edirik. “Şanlı Azərbaycanım” mahnısının Qarabağ torpaqlarında səslənməsinə ümid edirik.
Xəbərlər deportamentinin sədri: Vüsalə Dilqəm qızı



Uğurlarımız  Tarix:   24 Sen 2019 / 02:47


« Əvvəlki xəbər (4857 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR