İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda “Beynəlxalq Sülh günü”nə həsr olunmuş “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə qeyd olunub ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəlar barədə iştirakçılara geniş məlumatlar verilib.
Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib.



Xəbərlər  Tarix:   26 Sen 2019 / 00:18


« Əvvəlki xəbər (4839 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR