Masazırda kəsilən agaca Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyinin münasibəti.

Bildiyimiz kimi əməkdaşımız 17.08.2019-cu il tarixində axşam 20:30 radələrində Masazır rayon kənd yolunda “Tufan” marketə gedən yolun kənarında villanın həyətyanı sahəsindəki hasar hissəsinə düşən əncir ağacının kəsilməsinin şahidi olmuşdur. Bu hadisə haqqında olan məlumatı və fotoları ugurmedia olaraq işıqlandırdıq və aidiyyatı orqan tərəfindən araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdik. Hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdararəsi cavab olaraq 04 09 2019-cu il tarixində rəsmi məktub göndərdi.
Məktubda:
Abşeron rayonu ,Masazır kəndi,”Tufan marketə gedən yolun kənarında yeni tikilinin qarşısındakı ərazidə (bir)ədəd əncir ağacının kəsilməsi barədə sizin tərəfinizdən Ekologiya və təbii Sərvətlər İdarəsinə göndərilmiş 21.08.2019-cu il tarixli 825 saylı şikayət ərizəniz əsasında İdarənin əməkdaşları tərəfindən qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır.
Aparılan araşdırma zamanı təqdim olunmuş sənədlər əsasında məlum olmuşdur ki,şikayət ərizəsində göstərilən ərazi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1619015904 saylı çıxarışı əsasında Bakı şəhər sakini Paşayev Zaman Elxan oğlunun adına ayrılmış xüsusi mülkiyyətdə olan torpaq sahəsidir.
“Yaşıllığın Mühafizəsi” Haqqında AR Qanununun 3-cü maddəsinə əsasən (Qanunun tətbiq dairəsi) bu qanun xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil olunmadığından İdarə tərəfindən bu barədə hər hansı bir tədbir görülməsi mümkün olmamışdır.
Rəis:Mübariz Vəliyev
Biz xəbər və yayım informasiya agentliyi olaraq üzərimizə düşən öhdəliyi yerinə yetirdik .
Biz də ugurmedia xəbər və yayım informasiya agentliyi olaraq Ulu Öndər Heydər Əliyevin “Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu kəsir” ifadəsindən çıxış edərək ətraf mühitin mühafizəsi , ekoloji durumun yaxşılaşdırılması və yaşıllığın qorunmasının tərəfdarıyıq.
Ugurmedianın hüquqşünası: Qələmzər Hüseynova



Uğurlarımız  Tarix:   30 Sen 2019 / 13:27


« Əvvəlki xəbər (4828 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR