Mövlana Turundan 20 lisenziya xalı

Türkiyənin Konya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışına yekun vurulub. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 3 günlük veloturda Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.
Qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Samir Cəbrayılov, Mikayıl Səfərli, Orxan Məmmədov, Musa Mikayılzadə və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edən yığma komandamızla yanaşı, Bəhreynin “VIB Sports” kontinental klubunun heyətində Elçin Əsədov da lisenziya xalları uğrunda mübarizə aparıb.
3 mərhələnin yekununa əsasən ümumi təsnifatda velosipedçilərimizdən Samir Cəbrayılov 5-ci, Elçin Əsədov isə 7-ci yeri tutub və bununla da ölkəmizin reytinqi daha 20 xalla (15+5) zənginləşib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.



Xəbərlər  Tarix:   30 Sen 2019 / 23:23


« Əvvəlki xəbər (4824 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR