Fəaliyyət qabiliyyətini itirmiş şəxsin təzminat tələbi.

Novruzova Rəna xanım ugurmedia xəbər və yayım informasiya agentliyinin redaksiyasına gələrək mövcud olan problemindən danışdı.Belə ki,həyat yoldaşı Novruzov Eldəniz Qaytaran oğlu “SİPARK MTK”tərəfindən tikilən Yeni Yasamal massivi Əsəd Əliyev küçəsində yerləşən tikilidə mühafizəçi vəzifəsində işləyirmiş.2018-ci ilin dekabr ayında iş vaxtı bədbəxt hadisə baş vermiş və Novruzov Eldəniz yıxılaraq kəllə-beyin tramması almışdır..Nəticə etibar ilə sağlamlığını itirmişdir.Ailədə tək işləyən və ailənin dolanışığını təmin edən ailə başçısının fəaliyyət qabiliyyətsiz olması və heç bir yerdən maddi dəstəyin olmaması ailənin durumunu çox çətin vəziyyətə salmışdır.Son ümid yeri kimi uğurmediyaya müraciət edən Rəna xanım məsul şirkətdən ailənin dolanışığı üçün təzminat tələb edir.
Ugurmediyanın əməkdaşları problemin həlli istiqamətində “ SİPARK MTK”-nin rəhbərliyi ilə görüşərək onların rəyini və məsələyə munasibətini yaxın günlərdə mediamızda işıqlandıracağıq.
Ugurmediyanın hüquqşünası: Qələmzər Hüseynova



Uğurlarımız  Tarix:   2 Okt 2019 / 11:07


« Əvvəlki xəbər (4812 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR