“1001 gecə çimərlik restoran ”-na qarşı görülən tədbirlər.

Bildiyiniz kimi Səbail rayonu Şıxovda yerləşən “1001 gecə çimərlik restoran “-ında mövcud olan neqativ hallardan bəhs edən məqalə işıqlandırdıq.Sözü gedən məqalə xəbər portalımızda gedər-getməz aidiyyatı qurumlar məsələyə öz mövqeyini bildirdi.Bele ki, Bakı Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizlik Agentliyi sadaladığımız negativ hallara qarşı tədbir gördülər və bu barədə bizə məktub ünvanladılar.
1.Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Ticarət və Xidmət Departamentindən gələn məktub:
Azərbaycan Respublikasının Dövlət Turuzim Agentliyinə Ünvanlanmış ərizəniz baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş və aidiyyati üzrə Bakı Şəhər Ticarət və Xidmət Departamentində baxılmışdır.
Bildiririk ki, ərizənizdə qeyd olunan “1001 gecə çimərlik restoranı” na baxış keçirilmiş və sahibkarlara dənizə girişin ödənişsiz olması müvafiq tapşırıqlar verilmişdir.
Ərazi nəzarətdə saxlanılır.
2.Qida və Təhlükəsizlik Agentliyindən gələn məktub:
Sizin Bakı şəhər i Səbail rayonu ,Şıxov qəsəbəsində fəaliyyət göstərən “1001 Gecə” icyimai iaşə obyekti ilə bağlı Azərbaycan Respublikasının Dölət Turuzim Agentliyinə daxil olmuş 14.08.2019-cu il tarixli müraciətinizə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyin Agentliyin Bakı regional bölməsində baxılmışdır.
Müraciətinizlə əlaqədar qeyd olunan ictimai iaşə obyektinə əməkdaşlarımız araşdırma aparmış və müəyyən olunmuşdur ki,qida sahəsində xidmətlər menyu əsasında müştərilərə təklif olunur.
Eyni zamanda araşdırma zamanı bir sıra nöqsanlar aşkar olunmuş və müəssisə rəhbərliyinin nəzərinə çatdırılmışdır.Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərliyindən sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi tələb olunmuş , qida təhlükəsizliyi və saniyariya gigiyena qaydalarınna əməl olunması ilə bağlı tövsiyyələr verilmiş,qanunvericiliyin tələbləri izah edilmiş və fəaliyyəti nəzarətə götürülmüşdür.
Nəzərə almağınızı xahiş edirik.
Rəis :Əkbər Əliyev
Biz ugurmedia xəbər və yayım informasiya agentliyi olaraq şər-böhtan xarakterli yazılar dərc etmirik. Bu da onun bariz nümunəsidir.
Ugurmediyanın hüquqşünası :Qələmzər Hüseynova



Uğurlarımız  Tarix:   8 Okt 2019 / 12:17


« Əvvəlki xəbər (4772 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR