Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edib

Oktyabrın 15-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.



Xəbərlər  Tarix:   16 Okt 2019 / 01:16


« Əvvəlki xəbər (4721 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR