Saxta sənədlə alınan torpaq sahəsi ilə bağlı vətəndaşın ugurmediyaya müraciəti.

Süleymanova Ülviyyə İxtiyar qızı Ugurmedia xəbər və yayım informasiya agentliyinin redaksiyasına gələrək başına gətirilən problemdən danışdı. Probleminin həll olunması üçün aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq hələ də dəymiş zərərin ödənilməməsindən şikayətləndi .Belə ki, O,2014-cü ilin dekabr ayında Xəzər rayonu Türkan qəsəbəsində torpaq sahəsi satın almaq üçün Mollağa adlı şəxsə 8600 manat pul vermiş və Mollağa ərizəçidən əlavə olaraq 1000 azn məbləğində pulu Zirə qəsəbəsində alaraq ona saxta sənəd verməklə vətəndaşa qarşı dələduzluq etmişdir.
Şikayətçi məsələnin araşdırılması üçün Xəzər RPİ-nin 1-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir.09.09.2017-ci ildə Xəzər RPİ-nin 1-ci PB-nin təhqiqatçısı,polis kapitanı Anar İsayev ərizə əsasında toplanmış materyalı nəzərdən keçirərək işi araşdırmanın davam etdirilməsi üçün aidiyyatı üzrə Xəzər RPİ-nin İŞ-nə göndərmişdir.Lakin,bu vaxta qədər şikayətçiyə rəsmi şəkildə cavab belə verilməmişdir.Ən pisi isə dələduzluq edərək vətəndaşa bu qədər həm maddi ,həm mənəvi zərbə vuran Mollağa deyilən şəxsə qarşı indiyənə qədər heç bir tədbir görülməyib.
Biz ugurmedia xəbər və yayım informasiya agentliyi problemin həlli istiqamətində işi aidiyyatı orqanlara yönləndirəcək.İş başa çatdıqdan sonra nəticəsini işıqlandıraraq ictimaiyyətə təqdim edəcək.
Ugurmedianın hüquqşünası:Qələmzər Hüseynova



Hüquqi yardım  Tarix:   16 Okt 2019 / 13:06


« Əvvəlki xəbər (4720 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR