18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qurmaqdan qat qat çətindir. Gərək sınaqlara hazır olub bütün çətinliklərdən keçəsən. Azərbaycan xalqı bu çətinlikləri gözə alıb bütün əziyyətlərə sinə gərərək sonunda bu müstəqilliyi qazanıb. Artıq 28 ildir ki, bu müstəqilliyi göz bəbəyi kimi qoruyub saxlamağı bacardı. 18 oktyabr 1991 ci ildə Azərbaycan Respublikasının Ali sovetinin qərarı ilə Azərbaycan Respublikasının Müstəqilliyi ilə bağlı akt imzalandı. Bu müstəqilliyi mənfur düşmənlər dəfələrlə yıxmağa çalışsalar da dövlətimizin birliyi və igid vətən övladlarının səyi nəticəsində Azərbaycan Respublikası öz müstəqilliyini qoruyub saxlaya bildi. Şanlı Vətənim Azərbaycan müstəqilliyinin 28 -ci ili mübarək. Yaşa Azərbaycan. Ugurmedia-nin ictimai əlaqələr şöbəsinin müdiri Mətanət Akifqizi
Öz xəbərlərimiz Tarix: 18 Okt 2019 / 13:39
« Əvvəlki xəbər (4703 / 7294) Növbəti xəbər »
« Əvvəlki xəbər (4703 / 7294) Növbəti xəbər »