Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar. Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.



Xəbərlər  Tarix:   23 Okt 2019 / 22:41


« Əvvəlki xəbər (4689 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR