Günərzi qayğı mərkəzlərində uşaqların bacarıqlarının inkişafı üçün də işlər aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi və maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində Qəbələ və İmişli rayonlarında da günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən yaradılan hər iki mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə yönəlib. Mərkəzlərə 3-12 yaş arası olan, bir qismi sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 60-dan artıq uşaq cəlb edilərək hərtərəfli qayğı ilə əhatə olunublar.
Gündə 3 dəfə yeməklə və yataqla təmin edilən uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər keçirilir, eksursiyalar təşkil edilir. Layihə çərçivəsində valideynlərlə hər həftə görüşlər keçirilməklə, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında köməklik göstərilir. Eyni zamanda günərzi qayğı mərkəzlərində uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişafı üçün işlər aparılır. Bunun üçün hər iki mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir.



Xəbərlər  Tarix:   30 Okt 2019 / 01:42


« Əvvəlki xəbər (4617 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR