“İRADƏNLƏ QALİB QƏL!”

“İRADƏNLƏ QALİB QƏL!” şüarı altında keçirilən tədbirlər çərçivəsində 9 noyabr-Bayraq günü münasibəti ilə 8 noyabr 2019-cu il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbayacan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Park Bulvar Baku”nun tərəfdaşlığı ilə “Bayraqdar İntellektual oyunu” keçirilmişdir.
Bu oyun həm bilik, həm komandada işləmək, tez qərar vermək bacarıqları ilə yanaşı, Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyası, incəsənətini tanınmış şəxslərini bilməyi tələb edir. Burada Əyləncə ilə maariflənmə əl-ələ gedir, cavabını tapdığın tapşırıq həmişəlik yaddaşda həkk olur.
Oyun ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gənclər təşkilatları arasında keçirilmişdir. “Park Bulvar Baku” ya gələn qonaqlara Azərbaycan bayraqları hədiyyə edilmiş, yeniyetmə və gənclərin üzlərinə rəngli boya ilə gənc rəssamlar tərəfindən bayrağımızın rəngləri çəkilmişdir.



Xəbərlər  Tarix:   9 Noy 2019 / 00:37


« Əvvəlki xəbər (4553 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR