Ölkəmiz Moskvada keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Ölkəmiz 27-28 noyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "MDB dövlətlərinin mədəni irsi: mədəni irs, əməkdaşlığın və dialoqun inkişafı və genişləndirilməsi faktoru" adlı beynəlxalq konqresdə təmsil olunub.
Konqresdə ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev təmsil edib.
Beynəlxalq tədbir D.S Lixaçov adına Rusiya Mədəni və Təbii İrsi Elmi Araşdırmalar İnstitutunun təşkilatçılığı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və UNESKO işləri üzrə Rusiya Federasiyası komissiyasının dəstəyi ilə gerçəkləşib.
Tədbir zamanı mədəni irsin millətlərarası dialoqa təsiri və millətlərarası dialoqun möhkəmləndirilməsi, eyni zamanda bu sahədə perspektivlər müzakirə olunub.
Konqresdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova Azərbaycanın mədəni irsi, bu il UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzi və Azərbaycanın işğal altında olan ərazilərindəki abidələr haqqında məlumat verib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev "Qobustan abidələrinin qorunması və aparılan elmi tədqiqatlar" mövzusunda təqdimatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 00:01


« Əvvəlki xəbər (4468 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR