Azərbaycan Texniki Universitetində “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə həmin Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Tədbirdə tələbə və məzunlara 62 müəssisədən, ümumilikdə 263 boş (vakant) iş yeri və təcrübə proqramları təklif olunub.
Gənclər işəgötürənlərə şəxsi məlumatlarını təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Vakant iş yerlərinə göndərişlər verilməklə, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.
Cari il ərzində artıq 8 universitetdə “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 00:19


« Əvvəlki xəbər (4466 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR