Yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 239№-li məktəbdə 8-11-ci sinif şagirdləri üçün peşəyönümü məsləhət tədbiri keçirilib.
Şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.
Peşəyönümü tədbirlərinin davamı kimi, cari ilin ötən dövründə respublika üzrə 89 min 714 nəfər vətəndaş bu tədbirlərə cəlb olunub. Onlara peşəyönümü məsləhət xidməti göstərilib, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib.
Peşəyönümü xidmətinin əsas hədəf qrupları Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar, məktəbəqədər təhsil müəssisələrinin uşaqları, orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 00:27


« Əvvəlki xəbər (4464 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR