Üç rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Bir tır hədiyyə” aksiyası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC noyabr ayının sonlarında “Bir tır hədiyyə” adlı yeni aksiyaya start verəcək.
Yeni ilədək davam edəcək layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onlara qayğı hissini və eyni zamanda, cəmiyyətdə sosial məsuliyyət hissini daha da artırmaqdır. Aksiya Bərdə, Tərtər və Goranboy rayonları üzrə həssas qruplara aid ailələrdən olan azı 400-dək uşağı əhatə edəcəkdir.
Həmin uşaqlara hədiyyələr, müxtəlif məktəb ləvazimatları veriləcək. Onların valideynlərinə sosial-hüquqi maarifləndirmə yönümlü xidmətlər də göstəriləcək.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 00:40


« Əvvəlki xəbər (4462 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR